Lənkəran rayon sakininin pul kisəsi oğurlandı
10 Fevral 2016 17:50 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində naməlum şəxs Lənkəran rayon sakini Elza Kərimovanın içərisində pul və sənədləri olan pul kisəsini açıq talama yolu ilə alıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Göyçay rayon sakini Şahin Mikayılov tutulub.