Naməlum avtomobillə iki qadın vuruldu

10 Fevral 2016 18:02 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməyən avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulublar. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.