Azərbaycanlıyla ailə quran xalq artisti xəstəxanaya yerləşdirildi

10 Fevral 2016 19:38 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, opera ifaçısı qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, İnstaqram səhifəsində xəstəxananın şəklini çəkərək izləyiciləri ilə bölüşüb: "Bu gecə mənim otelim oldu. Qrip. Bir neçə gün burada qalmalı olacağam".

Məlumata görə, ifaçı yayılan donuz qripindən qorxaraq həkimə müraciət edib.


Anna Netrebkonun "İnstaqram" səhifəsində paylaşıdığı şəkil

Ötən ilin dekabr ayında Avstriyanın paytaxtı Vyanada məşhur rusiyalı opera ifaçısı Anna Netrebko ilə azərbaycanlı tenor Yusif Eyvazovun möhtəşəm toy mərasimi baş tutub.

Bir neçə gün əvvəl cütlük Rusiyanın "Birinci kanal"ında, aparıcı Andrey Malaxovun "Segodnya Veçerom" verilişində qonaq olublar. Onlar şəxsi həyatlarından danışıblar.


Anna Netrebko ilə Yusif Eyvazov A.Malaxovun verilişində

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.