16 yaşlı nəvəsini amansızlıqla öldürən baba danışdı - VİDEO

10 Fevral 2016 21:11 (UTC+04:00)

AzNews.az-ın ans-ə istinadən məlumatına görə, nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Ağdam rayon sakini, 71 yaşlı Bayramov Rafiq Əkbər oğlu 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

"Mən şəhid ailəsindənəm. Nəvəm həmin gecə məni və ailəmi təhqiramiz söyüşlərlə təhqir etdi. Mən də səbrimi cilovlaya bilmədim", - deyə baba əlavə edib.