27 yaşlı oğlan intihara cəhd etdi - Vəziyyəti ağırdır

10 Fevral 2016 22:31 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Salyan rayonu Qaraçala kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Fariz Ramiz oğlu özünü asmaq istəyərkən ailə üzvləri tərəfindən xilas edilib.

F.Məmmədov komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Süni nəfəs aparatına qoşulan F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.