Maşın ağaca çırpıldı - Yaralılar var

11 Fevral 2016 09:48 (UTC+04:00)

Şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan 40 BF 968 dövlət nömrə nişanlı "VAZ 21 011" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Nəticədə sürücü - Quba şəhər sakini, 1976-cı il təvəllüdlü Qasımbəyov İbrahim Siyavuş oğlu xəsarət alaraq Quba Mərkəzi rayon Xəstəxanasına aparılıb. Tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az