Süni insan orqanları yaradılacaq

11 Fevral 2016 10:12 (UTC+04:00)

Rusiya istehsalı olan 3D-bioprinterində çap olunmuş qalxanvari vəz siçana implantasiya olunduqdan sonra tam normal işləyir və bütün lazım olan hormonları ifraz edir. Alimlərin fikrinə görə, yaxın 15 il ərzində böyrək, qaraciyər kimi orqanların "çap olunması" və bu orqanların insanlara transplantasiyası mümkün olacaq. Hazırda dünyada bioprinterlərdə çox uğurla dəri, sümüklər, oynaqlar çap olunur.

musavat.com