60 yaşlı qadın zorakılıqla öldürüldü – Ağcəbədidə

11 Fevral 2016 10:27 (UTC+04:00)

Ağcəbədi Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, hadisə Üzeyir Hacıbəyov 13 ünvanında qeydə alınıb. Araşdırma nəticəsində meyitin 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızına aid olduğu müəyyənləşib. Hadisənin kim tərəfindən törədildiyi hələ müəyyən edilməyib.

Faktla bağlı 120.1 maddəsi ilə cinayət işi açılıb.