Qanunsuz ov etmək istəyən 48 nəfər saxlanıldı

11 Fevral 2016 10:41 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib.

Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.