Sevgilisini boğaraq öldürdü - Bakıda

11 Fevral 2016 10:44 (UTC+04:00)

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu olması müəyyən edilərək saxlanılıb.

F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

F. Qədomov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.

Faktla bağlı istintaq tərbirləri davam etdirilir.

APA.az