Binəqədidə 5 evdə baş verən yanğının - Videosu (Yenilənib)

11 Fevral 2016 18:31 (UTC+04:00)

AzNews.az həmin görüntüləri təqdim edir:



***
11:07

Binəqədi rayonunda 5 ədəd fərdi yaşayış evi yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub. Yanğın saat 09:10-da söndürülüb. Əlavə məlumat veriləcək.

***
13:05

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanıb. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.