Millət vəkilindən Eldar Namazova ağır - İttihamlar

11 Fevral 2016 11:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, o, Eldar Namazovun Heydər Əliyevin tapşırığı ilə AXCP-dəki öz tay-tuşları ilə münasibət yaratdığını deyib: "Mən bunu bir neçə mötəbərliyinə güvəndiyim şəxslərdən eşitmişəm və dəqiqliyinə əminəm. Ancaq təəssüf ki, həmin şəxslərin özləri açıqlamadığı təqdirdə adlarını çəkməyim etik cəhətdən doğru sayılmaz.

Mənim 3-cü dəfə parlamentə seçilməyimə, hər kəs tam əmin ola bilər ki, kiminləsə danışıq aparmamışam, seçicinin səsini qazanmışam. Əgər xüsusi olaraq seçilməyimə mane olmayıblarsa, bunu öz problemim saymıram.

Ümumiyyətlə, bu tip insanlarda belə bir təsəvvür var ki, guya tam demokratik seçki keçirilərsə, bunlar bizə rahatlıqla qalib gələ bilərlər. Bu da real gücümüzü və cəmiyyətdəki dəstəyimizi dərk etməməkdən irəli gəlir. Ümid edirəm ki, gələcəkdə istənilən sağlam rəqabət şərtlərində bunu isbatlamaq bizə çətin olmaz".

F.Mustafanın fikrincə, eldarnamazovlar xarici təşkilatların çətiri olmadan çox çılpaq olurlar: "Diqqət edin, ATƏT-in, ABŞ səfirliyinin çətiri çəkilib, bu adamlar artıq mübarizənin heç bir cinahında yoxdurlar. Bu adamların nə keçmişləri, nə də gələcəkləri var, istər iqtidarda, istər də müxalifətdə olsunlar, Azərbaycan üçün zərərli insanlar olduqlarına qətiyyən şübhəm olmayıb. Eldar Namazova Heydər Əliyevin rəsmi köməkçisi kimi də, Əli Kərimlinin qeyri-rəsmi köməkçisi kimi də həmişə yanaşmam bu cür olub".

Bahar RÜSTƏMLİ
AzNews.az