3 avtomobildən akkumulyator oğurlandı

11 Fevral 2016 13:28 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il yanvar ayının 10-dan fevral ayının 10-dək olan müddətdə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki dayanacaqlardan birindən BMC markalı 3 avtomobildən akkumulyator oğurlanıb.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Amid Babayev tutulub.