Türkiyədə 2 qəzetin ofisinə hücum: “Molotov kokteyli” atdılar (Video)

11 Fevral 2016 13:35 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir, maska geyinmiş naməlum şəxslər "Yeni Şəfəq" və "Akit" qəzetlərinin ofislərinə hücum ediblər. 3-4 nəfərdən ibarət dəstə bina önünə gələrək ilk olaraq "molotov kokteyli"ndən istifadə ediblər. Bundan sonra onlar binanın şüşələrinə atəş açmağa başlayıblar.

Hücum zamanı ölən və yaralanan olmayıb. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Güc strukturları faktla bağlı əməliyyata başlayıblar.

Xatırladaq ki, bir müddət öncə Türkiyə bu ölkədə işləyən rus jurnalistlər üçün viza rejimi tətbiq edib.












Aydan AXUNDOVA