İki avtomobil toqquşdu

11 Fevral 2016 13:58 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 10-da saat 20 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum markalı taksi avtomobili ilə digər naməlum markalı avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, Bakı şəhər sakini Sayad Salmanova xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.