Hepatit C-dən əziyyət çəkən şair: “Xəstəlik bir az da irəliləyib”

11 Fevral 2016 15:16 (UTC+04:00)


Bu barədə AzNews.az-a K.Hacı özü məlumat verib. Bildirib ki, o, Türkiyədə 12 həftə müalicə almalıdır: "Həkimlər deyir ki, Türkiyədə 12 həftə müalicə olunmalısan. Mənim də buna imkanım yoxdur. Görünür xəstəlik bir az da irəliləyib. Pul olmadığından mən də hər şeyi Allahın ümidinə buraxmışam. Nə olar, olar..."

K.Hacı heç kəsdən yardım istəmədiyini bildirib: "Vəziyyət ağırdır, gərək biz də bununla barışaq".

Qeyd edək ki, K.Hacı Hepatit C virusuyla əlaqədar dəfələrlə müalicə olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az