Bu kəndlər qazsız qalacaq

11 Fevral 2016 18:12 (UTC+04:00)


AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, fevralın 12-də saat 09:00-dan 19:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə 2 kəndin - Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.