Putini məhkəməyə verdilər

11 Fevral 2016 19:37 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün "Korrupsiyaya qarşı fəaliyyət haqqında" federal qanunu pozub.

Navalnı "Reyter" agentliyinin noyabrda dərc etdiyi araşdırmaya əsasən öz saytında yazır ki, SİBUR-un idarə heyətinin üzvü olan Kirill Şamalov Vladimir Putinin qızı olduğu deyilən Katerina Tixonovanın əridir, deməli o, prezidentin kürəkənidir.

"Bizim tələbimiz: maraqların münaqişəsinin etirafıdır, bu münaqişə barədə məlumat vermək və şəxsən qərar qəbul etməməkdir", - Navalnı yazır.

Moskvanın Tversk məhkəməsindən başqa müxalifətçilər Baş Prokurorluğa və Prezident administrasiyasına da məktub yazıblar, Navalnı iddia edir.

Putinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bayan edib ki, Navalnı tərəfindən qaldırılan iddiadan prezident xəbərsizdir.