Kemeron Obamanı təbrik etdi

7 Noyabr 2012 06:54 (UTC+04:00)
Britaniyanın Baş naziri Devid Kemron Barak Obamanı ikinci müddətə prezident seçilməsi ilə əlaqədar təbrik edib.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Kemron təbriki öz Twitter hesabından edib.

"Dostum Barak Obamanı səmimi qəlbdən təbrik edirəm. Birgə əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm".

Sadiq Musa
AzNews.az