“Bələdiyyəyə borcu olanlara kredit verilməsin“ - VİDEO

11 Fevral 2016 22:41 (UTC+04:00)

Onun fikrincə, bu yolla vətəndaşları vergi ödəməyə öyrəşdirmək və bələdiyyələrin maliyyə ehtiyyatlarını artirmaq mümkündür. Təklif müzakirə edilmək üçün Milli Məclisə təqdim olunub.

Paytaxtın Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanovun fikrincə, bu yolla vətəndaşların vergi öhdəliklərinə olan məsuliyyətini artırmaq mümkündür. Beləcə bələdiyyələrin maliyyə imkanlarını da genişləndirmək olar. Hazırda əksər bələdiyyələr vergiləri yığmaqda çətinlik çəkir. Çünki bu qurumun heç bir inzibati tədbir görmək səlahiyyəti yoxdur.

Nazim Qaraxanov bələdiyyə ərazisində yerləşən, ancaq dövlət reyestrində qeydiyyata alınmayan yeni tikilmiş binalardakı mənzillərin də əmlak vergisinin bələdiyyələrə verilməsini təklif edir. Xüsusilə Bakıda belə binaların çox olduğunu deyən bələdiyyə sədri, onlardan yığılan vergilərlə bələdiyyələrin daha geniş miqyasda sosial layihələr həyata keçirə biləcəyini bildirib.



Xezerxeber.com