NATO Egey dənizinə hərbi gəmilər göndərir - İmiqrant böhranına görə
11 Fevral 2016 23:29 (UTC+04:00)
BBC xəbər verir ki, NATO insan qaçaqçılığının qarşısını almaq üçün 3 hərbi gəmisini Türkiyə sahillərinə göndərib.
Təşkilat Türkiyə, Yunanıstan və Almaniya Müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra bu qərara gəlib. NATO-nun baş katibi Yens Stoltenberg bildirib ki, onların məqsədi qaçqın gəmilərini geri döndərmək deyil:"Məqsəd qarşılaşdığımız insanlıq faciəsini çözə bilməkdə Türkiyə və Yunanıstana dəstək olmaqdır. Həm də Türkiyədən Yunanıstana dəniz yolu ilə keçənlər, eyni zamanda insan qaçaqçıları ilə mübarizə aparmaqdır".
Son informasiyalara görə, 2016-ci ildə 75 mindən artıq imiqrant Egey dənizindən Yunanıstana keçib.
AzVision.az