Nailə Mirməmmədlidən gənc bəstəkara sərt sözlər: “Musiqi savadı alsın”

12 Fevral 2016 09:34 (UTC+04:00)

Əməkdar İncəsənət Xadimi, bəstəkar Faiq Sücəddinov AzNews.az-a açıqlamasında gənclərin mahnılarına qulaq asmadığını qeyd edib: "Tanımıram, qulaq asmıram, maraqsızdır. Mənə tanıdığım bəstəkarlardan sual verin".

Bəstəkar Nailə Mirməmmədli isə hesab edir ki, 5 minə mahnı satmaq üçün musiqi təhsili vacibdir: "Ceyhun Əliyev bir mahnısını 5 minə satırsa, mənim 19 minə mahnı yazmağa yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödəməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonrada meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər".

Bahar RÜSTƏMLİ
AzNews.az