Kəmaləddin Heydərovla bağlı nələr baş verir?

12 Fevral 2016 08:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu informasiyalar ölkədə baş verən ikinci devalvasiyadan sonra daha da intensivləşib. Əsasən aztirajlı saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilir. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkir.

Məlumatlarda K.Heydərovin yaxın günlərdə "vurulacağı" da vurğulanır.

Nazirə qarşı başlanan kampaniyada hətta onun yaradıcılığı da hədəfə alınıb. Bildirilir ki, "Kamal" imzasıyla bəstələdiyi mahnıları əslində, başqaları ərsəyə gətirir.

Heydərovu hədəfə alan informasiya axınında əsas müzakirə olunan material isə bu həftənin əvvəlində sosial şəbəkələrdə yayılan video olub. Videoda K.Heydərovun Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi vaxt mərhum prezident Heydər Əliyev tərəfindən danlanması əks olunur: