Bazarda atışma- 4 ölü

7 Noyabr 2012 07:28 (UTC+04:00)


Moskvanın Şimal-Şərq hissəsində silahlı atışma baş verib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Polisin verdiyi məlumata görə, naməlum şəxs Çermyansk küçəsində yerləşən anbarların yerləşdiyi ərazidə 6 nəfərə atəş açıb. Polis atəş açan şəxsin saxlanıldığını bildirib və əlavə edib ki, hazırda cinayətin hansı zəmində baş verdiyi araşdırılır. Ölən və yaralananların milliyəti ilə bağlı isə hər hansı məlumat verilmir.

Sadiq Musa
AzNews.az