“Donuz qripi” ilə bağlı peyvəndləmə aparılmır - Nazirlik

12 Fevral 2016 13:59 (UTC+04:00)

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, "donuz qripi" təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir: "Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır".

Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə Azərbaycanda "donuz qripi" qeydə alınmayıb.

APA.az