Avtomobil dirəyə çırpıldı - Sürücü öldü

12 Fevral 2016 16:26 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 11-də saat 03 radələrində Quba şəhərində şəhər sakini İbrahim Qasımbəyov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

İ.Qasımbəyov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.