Günəşin oğurlanması

12 Fevral 2016 17:10 (UTC+04:00)

Günəşlə gün yaşayan əsrlər boyu İran coğrafiyasıdır.
İngilis Hində sahib olduqdan sonra Günəşi tanıdı və Günəş batmayan bir imperatorluğa döndü.
İran və İngilis Hindin mirası üzərində dəyər inşa edən bir mədəniyyət dili olan iki fərqli coğrafiyadır.
Coğrafiyanın yükü fikir yükü ilə dəyişər.
Bu gün coğrafiyalar iki seçim qarşısındadır. Din dili ilə inşa ediləcək və mədəniyyət dili ilə inşa ediləcək ərazilərin seçilməsi prosesi başlayıb.
Yəhudi-xristian svlizasiyanın son yüzilliklərdə yaratdığı İnsan problemi yəhudi və xristian dəyərlərini ayırmaq istəyindədir.
Seçim Vatikan və Rus provoslav kilsə rəhbərlərinin son görüşündən alınacaq qərarlardan asılı olacaq.
Anqlo protestant Amerika katolik Amerikaya dönə bilsə, mərkəzlər dəyişəcək.


Xristian mədəniyyət dili tək başına svilizasiya yaratmaq gücündə deyil.
İran bu prosesdə Günəşi İngilisin əlindən alacaq yeganə güc olaraq ortaya çıxa bilər.
Çarmixla Günəşin birliyi Sasani- Poma- Konstantinopol dönəmində var olan dəyərlərin yenidən zühuruna səbəb ola bilər.
İslam coğrafiyasında gedən dini proseslər mədəniyyət dilinə dönmədikcə teoloji savaşların ocağı olacaq.
İran bu teoloji savaşların var olması ilə güçlənəcək. İranın mədəniyyət dilini təməlləşdirmək cəhdi üçün zamana ehtiyacı var.
Bu islam dini ilə hind ənənəsinə bağlı olan Günəşi mərkəzə qoyduğu fars mədəniyyəti olacaq. Bu mədəniyyət dili yaşanıb tam bitməyən bir dildir.
Mədain xərabələri üzərindən davam edən bu mədəniyyət dili Roma ilə anlaşsa da, Bizansla heç zaman anlaşa bilmədi.
Azərbaycan olaraq bizlərin taleyi hələ ki, İngilis günəşi ilə zamanlaşıb. İrana qarşı ən güclü bir silah kimi istifadə olunacağıq.
İslam mədəniyyət dilini inşa etmək cəhdində olan Türkiyənin dirilişi təməllərin din dili ilə deyil, mədəniyyət dili ilə formalaşmasından asılıdır.