“Heydər” məscidinə namaz qılmağa gələn gənclər maarifləndirilir

12 Fevral 2016 17:51 (UTC+04:00)

Bunu "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

O bildirib ki, möizələrdə gənclərə dağılmamaları, bir-birindən ayrılmamaları ilə bağlı tövsiyələr olunur: "Gənclərlə bağlı mövqeyimiz budur ki, dağılmasınlar. Onlara deyirik ki, dağılıb-parçalansanız uduzacaqsınız. Məscidə namaz qılmağa gələn gənclərin sayı günbəgün artır. Bu, həm İslam maarifçiliyinə meylin artması, həm də İslam maarifçiliyinin düzgün prinsiplər əsasında qoyulması ilə bağlıdır. Əgər məsciddə təfriqə yaradan bir möizə olmuş olsa, gənclər o dəqiqə məscidi tərk edər və gəlməzlər. Amma günbəgün namaz qılanların sayının artması, gənclərin bura daha çox toplanması ona dəlalət edir ki, biz haqq yolundayıq".