Xaçmazda intihar - 48 yaşlı kişi özünü güllələdi

12 Fevral 2016 19:50 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, hadisə Xaçmazın Maqsudkənd yaşayış məntəqəsində qeydə alınıb.

48 yaşlı kənd sakini Şahid Seyid oğlu Şahbazov ov tüfəngi ilə özünü güllələyib. Ailə üzvləri bu barədə dərhal Xaçmazın hüquq-mühafizə organlarına məlumat veriblər.

Mərhumun meyidi tibbi ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloju Anatomiya birliyinin Xaçmaz şöbəsinə aparlıb.

Xaçmaz prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Ailəli olan Cahid Şahbazovun hansı səbəbdən özünü güllələməsi ilə bağlı heç bir versiya səslənmir.