Prezident “Kaspersky Lab“ şirkətinin sahibi ilə görüşdü - FOTO

12 Fevral 2016 20:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə "Kaspersky Lab" şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olundu. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.