Avtomobillə motosklet toqquşdu - Yaralılar var

12 Fevral 2016 22:10 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Naftalan şəhərinin Şirvan prospektində qeydə alınıb.

"VAZ 21011" markalı avtomobillə motoskletin toqquşması nəticəsində iki nəfər, Naftalan şəhər sakini, 1962-ci il təvəllüdlü Qurban Abbasov və Goranboy rayon Tapqaraqoyunlu kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Qarayev müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.