Əvvəl arvadı, indi də özü tutuldu - Narkotiklə + Video

12 Fevral 2016 22:16 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən iri həcmdə narkotik maddə (heroin) aşkar edilib.

Polis əməkdaşları azərbaycanlının evində axtarış apararaq 3 milyon (təxminən 60 min manat) rubldan çox pul vəsaiti aşkar edərək götürüblər. Pullar divanın üzlüyünün altında gizlədilibmiş.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbərdə deyildiyinə görə, polis əməkdaşları uzun müddət ərzində tutulan azərbaycanlını izləyirmişlər. Bir müddət öncə eyni əmələ görə onun həyat yoldaşı da saxlanaraq həbs edilib.