“Sürücülər cəriməni hissə-hissə ödəsinlər“ - Video

12 Fevral 2016 23:17 (UTC+04:00)

AzNews.az xezerxeber-ə istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edir.

Millət vəklinin sözlərinə görə, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

Fazil Mustafanın təklifi sürücülərin də ürəyincədir. Onlar da hazırkı vəziyyətdə cərimənin kredit şəklində qaytarılmasını müsbət qiymətləndirirlər.