Bakı-Qazax yolunda yol qəzası - 2 nəfər öldü

13 Fevral 2016 09:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub. Qəza zamanı "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil veriblər.