Qaradağda 22 yaşlı gənc bıçaqlandı

13 Fevral 2016 10:18 (UTC+04:00)

Hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. 22 yaşlı Rahim Feyzulla oğlu Həsənzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. R. Həsənzadə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

APA.az