Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü

13 Fevral 2016 10:31 (UTC+04:00)

Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi "Mercedes B-Klass" markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi "Kia-Optima" markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az