Əli Abbasovun evinə oğrular girdi - 1 milyon oğurlandı
13 Fevral 2016 10:31 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə haqqın.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, oğurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.
Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.