SOCAR Türkiyədəki məşhur şirkəti almaq istəyir

13 Fevral 2016 11:19 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2006-cı ildə Petrol Ofisini (PO) 3 milyard dollara alan OMV şirkəti 10 il sonra bazardan geri çəkilir. Məlumata görə, şirkəti almağa namizədlər arasında SOCAR və OPET də var.

Bildirilir ki, bu barədə OMV-nin Vyanadakı ofisində danışıqlar da başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Turkey"in rəhbəri Kənan Yavuz məsələyə münasibət də bildirib. O, bununla bağlı hələki dəqiq məlumat verə bilməyəcəyini açıqlayıb: "Bu məsələyə hələki "hə" və ya "yox" cavabı verə bilmərik. YDM-lər bu gün satışa çıxarılıb. Hələki çox tezdir. Bir neçə gün içərisində bizim də fikrimiz aydınlaşar".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl də SOCAR-ın Fransanın "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan məlumatlar təsdiqini tapmadı.

Nigar