Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü

13 Fevral 2016 11:55 (UTC+04:00)

Hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib.

Belə ki, İran Ruhi Tahir oğlunun idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus "Wolksvagen" markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobil ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az