Maşın sərnişin avtobusuna çırpıldı

13 Fevral 2016 12:21 (UTC+04:00)

Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva prospektində qeydə alınıb.

"Chevrolet" markalı, 99 CX 101 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən, 5 nömrəli, 99 HJ 199 dövlət nömrə nişanlı "BakuBus" avtobusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

APA.az