Avtomobili qaçırdı - Qəza törətdi

13 Fevral 2016 12:27 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində yaşayan Naxçıvan şəhər sakini Vüqar İbrahimov polisə müraciət edərək həmin gün ona məxsus "KİA" markalı avtomobilini Saleh adlı dayanacaq nəzarətçisinə verməsini və onun avtomobili qaçıraraq D.Əliyeva küçəsində ağaca vurmasını bildirib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Saleh Kərimov tutulub.