Sabirabaddakı qətllə bağlı - Rəsmi məlumat

13 Fevral 2016 12:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunan Raqif İsmayılov kəsilib-deşilən xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunan Elşad Məmmədov tutulub.