YUĞ-dan xəbər var

13 Fevral 2016 12:49 (UTC+04:00)


Bu barədə AzNews.az-a teatrın baş rejissoru Gümrah Ömər məlumat verib. Bildirib ki, yeni məkana tam uyğunlaşıblar: "İşıqlarımız da qurulub. Artıq repertuarda olan tamaşalarla bağlı məşqlərə başlamışıq. Tamaşaların dekorasiyaları Kukla Teatrının səhnəsinə uğyun qurulur".

G.Ömər onu da əlavə edib ki, bu teatrda ilk tamaşaları fevral ayının sonuna kimi oynanılacaq: "Amma hansı tamaşanın nümayiş olunması ilə bağlı qərarımız hələ dəqiqləşməyib".

Xatırladaq ki, YUĞ teatrı yaranandan Murtuza Muxtarov 83 ünvanında yerləşib. Həmin tarixi bina söküldüyündən teatr müvəqqəti olaraq Kukla Teatrına köçürülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az