İlhamənin köməkçisi haqda - Məhkəmə qərarı

13 Fevral 2016 12:51 (UTC+04:00)

Vəkil Vasif Mirzəyev bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılacağı təqdirdə onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib. Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.

Vəkil bazar ertəsi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.

APA.az