Bakıda silah-sursat aşkarlandı

13 Fevral 2016 13:27 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Faiq Soltanovdan "Biow" markalı qaz tapançası və 11 ədəd patron götürülüb.