İlham Əliyev Serbiya Prezidentini təbrik etdi

13 Fevral 2016 18:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".