Bakıda avtomobil yandı

13 Fevral 2016 19:12 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda "Opel" markalı minik avtomobilinin salonunda elektrik lövhəsi yanıb. Yanğınsöndürənlər tərəfindən avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.