Azərbaycan xarici şirkətlər üçün əlverişli ölkədir - Lord Mod

13 Fevral 2016 20:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Mod Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə gürüşündə bildirib.

Lord Modun sözlərinə görə, Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlığının mühüm tarixi var. BP-nin ölkənizdəki uğurlu və uzunmüddətli fəaliyyəti bir daha göstərir ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir və xarici şirkətlərin müxtəlif sahələrdə fəaliyyəti üçün əlverişli şərait yaradılıb.