“Rusiya Türkiyəni və Avropa Birliyini cəzalandırmaq istəyir“ - Ankara

13 Fevral 2016 20:59 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib.

O, bildirib ki, rəsmi Moskva güc yolu ilə Suriyada vəziyyəti öz lehinə dəyişdirmək istəyir. Rusiya diplomatları isə hərbi əməliyyatları ört-basdır etmək üçün səylərini əsirgəmir.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ iki il əvvəl Suriya münaqişəsinin diplomatik yollarla həllini təklifi etmişdi. Lakin "Rusiya-İran-Bəşər Əsəd" üçlüyü bunun tam əksini edir.

İbrahim Kalın, həmçinin, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Qərbin Suriyadaki qətiyyətsizliyi səbəbindən yaranan "strateji boşluğu" doldurmağa çalışır.