Jurnalistin atasını maşın vurdu - Vəziyyəti ağırdır
14 Fevral 2016 16:26 (UTC+04:00)
Hadisə saat 7 radələrində "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. Belə ki, yola keçmək istəyən Əli Əliyevi maşın vurub.
AzNews.az-ın Modern.az-a istinadən məlumatına görə, jurnalistin atası hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır, vəziyyətinin isə ağır olduğu bildirilir.